“Yaxın dövrdə hiperinflyasiya başlayacaq, iqtisadiyyat tənəzzülə uğrayacaq”
“Rusiyanın G7 və onların müttəfiqləri ilə maliyyə savaşında və iqtisadi müharibəsində ən çox güvəndiyi BRİCS (Brazil, Russia, India, China, and South Africa) birliyi və MDB dövlətləridir. Rusiya BRİCS-in texnoloji, MDB-nin də ərzaq dəstəyinə arxalanır. Amma hər iki qrup ölkələrlə bank və valyuta hesablaşmalarında ciddi çətinliklər yaranıb. Rusiya Mərkəzi Bankının rublun məzənnəsini sabitləşdirə bilməməsi və rus banklarının SWIFT-dən çıxarılması vəziyyəti xeyli qəlizləşdirib”.
Xəbərə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.
“Rusiyada xüsusili də texnoloji məhsulların (məişət texnikası, elektronika, santexnika da daxilolmaqla) qıtlığı və bahalığı davam edəcək. Bu bazarlarda qiymətlərin artımı ərzaq qiymətlərindən daha yüksək olacaq və bazarların qarşılıqlı fəaliyyəti yaxın dövrdə hiperinflyasiya başlayacaq, iqtisadiyyat tənəzzülə uğrayacaq” – Q.İbadoğlu qeyd edib.
Leyla