azia.az
azia.az

Koronavirusa yoluxanların xasiyyəti niyə dəyişir? - ALİMLƏR

19-02-2022, 08:30


Alimlər kovid keçirmiş insanların psixikasında və xasiyyətində mənfiyə doğru dəyişikliklərin baş verdiyini hesab edir.

Xəbər verilir ki, Vaşinqton Universitetinin alimləri kovid keçirmiş insanlar üzərində psixoloji araşdırmanın nəticələrini elan edib.
Koronavirusa yoluxanların xasiyyəti niyə dəyişir? - ALİMLƏR
Onlar 153 min kovid keçirmiş insanın tibbi məlumatlarını araşdırıb.

Onlar kovid xəstələrini heç kovid keçirməyən və ya qrip keçirən digər insanlarla müqayisəli təhlil edib.

Nəticələr göstərib ki, kovid keçirənlərdə təşviş pozuntusu 35%, depressiya isə 45% daha çox rast gəlinir, nəinki digər insanlar.
Advertisment


Yoluxanların 42%-də yuxu pozulması, 80% neyrokoqnitiv dəyişiklikdən əziyyətr çəkir.

Onların fikri dumanları olur, yaddaşı zəifləyir, sözləri unudur.

Bu hallar onların xarakter və davranışını da dəyişib.

Xəstələr onlarda nə baş verdiyini anlamır, ətrafa qarşı aqressiv olur.

Mütəxəssislər bunun səbəbini virusun baş beynin müdafiə baryerini pozub hüceyrə səviyyəsində neyron bağlara təsir etməsində görüb.

Ona görə kovid xəstələrinə bir müddət anlayışlı davranıb, diqqət göstərmək lazımdır. Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi