azia.az
azia.az

Qadınların bunları bilməsi vacibdir - Bu qorxulu proses ölümə aparır

19-08-2021, 08:50

Qadınların bunları bilməsi vacibdir - Bu qorxulu proses ölümə aparır
Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib.

Xəbər verilir ki, "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməsi əlaməti kimi qeyd olunur.

Araşdırma çərçivəsində təxminən 30 - 60 yaş aralığında İsveç və Danimarkadan 2406 qadın üzərində müşahidə aparılıb.
Boyları 10-13 il ərzində orta hesabla 0,8 santimetr qısalan qadınlardan 157-si ürək-damar xəstəliyindən olmaqla ümumi halda 625 nəfər həyatını itirib.

Elmi müşahidə zamanı kökəlmə, yaş və həyat tərzi kimi faktorlar nəzərə alındıqdan sonra hər 1 santimetrlik boy itkisinin qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm riskini 14-21 faiz artırdığı bəlli olub.

Araşdırmada sözügedən zaman kəsiyində 2 santimetrdən çox boy itkisi yaşayan qadınlarda iflic və ya infarkt kimi ürək-damar narahatlıqlarından ölmə ehtimalı digərlərinə nisbətən iki qat artıq görünüb.

Alimlərin fikrinə görə, qadınlar nizamlı şəkildə hərəkət (idman) edərsə, D vitamini və kalsium alarsa, orta yaşda boy itkisi və sümük qırılmalarının qarşısına keçə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi