Bakı Beynəlxalq Dəniz Ticarət Limanında nə baş verir? - İDDİA
Məftun Abbasov Korrupsiyaya qarşı Mübarizə İdarəsində FETÖ paralel quruluşunun ən önəmli adamı olub
Lakin birdən birə o, Korrupsiyaya qarşı Mübarizə İdarəsindəki müstəntiq vəzifəsindən istefa vermək təlimatı alıb. Bundan sonra ona Taleh Ziyadov və İlham Mehrəliyevlə birlikdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında çalışacağı bildirilib.
Fətullah Gülən tərəfindən şəxsən Taleh Ziyadov, Məftun Abbasov və İlham Mehrəliyev üçlüyünün qarşısına Bakı Beynəlxalq Dəniz Ticarət Limanını tam olaraq nəzarətə götürməyi və bura FETÖ paralel quruluşuna aid olan iş adamlarını cəlb etməyi bir vəzifə olaraq qoyub.
Beynəlxalq miqyasda fəaliyyət göstərən FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsi ölkəninin əsas gündəm maddəsi olaraq qalmaqda davam edir. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Yarğıtay Başsavcılığının (ali ədliyyə orqanı) Fətullah Gülən təriqətinin fəaliyyəti ilə bağlı istintaq başladan Azərbaycan Baş Prokurorluğuna bu təriqətin fəaliyyətinə dair bütün detalların yer aldığı dosyeni göndərməsi ilə bağlı xəbərlər yayılmışdı. Həmin məlumat yayıldıqdan sonra yerli mətbuatda Beynəlxalq miqyasda fəaliyyət göstərən FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsinin fəaliyyətinin araşdırlması çərçivəsində Baş Prokurorluq Bakı Beynəlxalq Dəniz Ticarət Limanında araşdırmalara başlayıb. Bu xəbər Baş Prokurorluq tərəfindən rəsmi olaraq təsdiqlənməs də, hələ ki, təkzib də olunmayıb.
Xatırladaq ki, Azərbaycanda Fətulla Gülənə aid olan məktəblər artıq qapanıb və yaxud da dövlət nəzarətinə keçib. Lakin heç kimə sirr deyil ki, Gülənə aid şəbəkə tək məktəblərdə yerləşməmişdi. 20 ildən artıq bir zaman kəsiyndə Gülən şəbəkəsi Azərbaycanın bir çox dövlət qurumlarında yerləşib və bu gün bu şəbəkənin ifşası əsas məsələrdən biri hesab olunmaqdadır. ANAXEBER.az-a daxil olan məlumata əsasən hazırda FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsinin ən fəal qollarından biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanında fəaliyyət göstərir. Bu barədə Məlumat verən mənbə bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun rəhbərliy altında fəaliyyət göstərən şəbəkə Xəzər dənizində gələcəkdə yaradılacaq olan Azad İqtisadi Zonanı ələ keçirmək üçün çalışırlar və bunun üçün böyük sərmayələr qoymaqdan belə çəkinmirlər.
Mənbə bildirir ki, Xəzər dənizində gələcəkdə yaradılacaq olan Azad İqtisadi Zonanın yaradılması Azərbaycan dövlətinin əsas strateji hədəflərindən biridir. Məhz Xəzər dənizində ticarətin genişləndirilməsi və Çindən Avropaya uzanan tranzit yükdaşımaların Xəzər dənizindən keçərək Azərbaycan ərazizindən daşınması Azərbaycan dövlətinin əsas iqtisadi layihələrindən biri hesab olunur. Bu sahəyə dövlət hazırda böyük sərmayələr qoyur və təbii ki, Xəzər dənizində Azad İqtisadi Zonanın yparadılması üçün istər Xəzəryanı dövlətlərlə, istərsə də, layihədə maraqlı olan dövlətlərlə danışıqlar aparılır. Layihə həm şimal-Cənub, həm də Şərq-Qərb tranzit xətlərini özündə birləşdirəcək. Bu baxımdan bu layihənin reallaşdırılması Azərbayca hakimiyətinin əsas prioretlərindən biri hesab olunur. Layihədə yer alacaq əsas qurumlardan biri və bəlkə də birincisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hesab olunur. Bu üzdəndə hazırda Ələt qəsəbəsində inşa olunan yeni liman terminalı bütün beynəlxalq göstəricilərə cavab verməlidir. Hazırda Ələt limanının infrastrukturu yaradılmaqdadır.
Mənbə bildirir ki, FETÖ paralel quruluşu bu layihənin nə qədər önəmli və iqtisadi səhətdən strateji əhəmiyyətli olduğunu bildiyi üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ələ keçirib. Hazırda isə Xəzər dənizində gələcəkdə yaradılacaq olan Azad İqtisadi Zonanını nəzarətə götürmək üçün FETÖ paralel quruluşu böyük planlar həyata keçirməkdədir və bu layihəyə sərmayələr qoyur. Sərmayələrin qoyuluşu isə birbaşa Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliy altında həyata keçirilir. Hətta Azərbaycanda toplanan “himmət paralarının” bir qismi də bu layihəyə sərmayə olaraq yönləndirilir.
Bu barədə məlumatlandıran mənbə bildirib ki, daha əvvəldən FETÖ paralel quruluşunun ən sadiq nümayəndələrindən ibarət kadro Bakı Beynəlxalq Dəniz Ticarət Limanında rəhbərliyndə yerləşdirilib. Bu kadroya aşacıdakı şəxslər daxildir.
1. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov;
2. Baş direktorun müşaviri İlham Mehrəliyev;
3. Aiudit şöbəsinin müdiri Məftun Abbasov;
4. Kadrlar şöbəsinin müdiri Çapay Məmmədov ;
5. Təchizat şöbəsinin müdiri Kənan Quliyev.
Mənbə bildirir ki, FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsində önəmli yer alan bu 5 şəxəs tam olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanını öz nəzarətləri altına alıblar. Daha doğrusu Azərbaycanın iqtisadi inkişafı üçün çox önəmli yerlərdən birini tutan bu dövlət qurumunu tamamilə FETÖ paralel quruluşunun nəzarətinə veriblər.
Qeyd edək ki, FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsi ilə bağlı apardığı araşdırmaları tanınan Yenicag.az saytı təqribən 10 gün əvvəl Taleh Ziyadov İlham Mehrəliyev haqqında maraqlı məlumat yayıb. Məlumatda göstərilir ki, İLham Mehrəliyev SOCAR-da Daşımalara Nəzarət Departamentinin rəisi vəzifəsini daşımaqla bərabər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində də koordinatorluq etməkdədir. Eyni zamanda Bakıdakı “Özsüt” restoranlar zəncirinin gizli ortaqlarından biri məhz Mehrəliyevdir. Azərbaycan dövlətçiliyinə qarşı dəfələrlə açıq meydan oxuyan, Gülən məktəblərinin bağlanmasını tələb edən Qüdrət Həsənquliyev kimi millət vəkillərini açıq kontekstdə təhqir edən Sabir Niftalıyev adlı “sahibkar” onun rəhbəri olduğu “Modern Qrup”dakı işçisidir. Bu brendin ölkəyə gətirilib, Azərbaycan dövlətini ələ keçirəcəklərini dəfələrlə bəyan edən şəxsə təhvil verməsi də Mehrəliyevin arxasındakı gücdən xəbər verir. Qısacası, İ.Mehrəliyev dövlətə qarşı meydan oxumaqla yanaşı qorunur və vəzifə pillələrində böyüdülür.
Taleh Ziyadova gəlincə, Pensilvaniya ilə əlaqələri Mehrəliyevdən daha çoxdur deyə bilərik. Magistr elmi dərəcəsinə ABŞ-ın Corctaun Universitetində, fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə isə Böyük Britaniyanın Kembric Universitetində müdafiə edərək yiyələnən Taleh Ziyadov eyni zamanda ABŞ-ın Pensilvaniya Universiteti Nəşriyyatı tərəfindən çap olan “Beyond the Resource Curse” adlı kitabın redaktorlarından biridir. Adıçəkilən kitabda neft və qaz ixracı ilə məşğul olan dövlətlərin qarşılaşdıqları çətinliklər və onların həlli yolları şərh olunub. Digər müəllif də SOCAR prezidentinin məsləhətçisi Brenda Shafferdir.
Mənbə bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında FETÖ paralel quruluşunun digər önəmli ismi isə Aiudit şöbəsinin müdiri Məftun Abbasovdur. Qəribədir ki, Məftun Abbasov Bakı Beynəlxalq Dəniz Ticarət Limanın Aiudit şöbəsinin müdir gətirilməzdən əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi olub. Mənbə qeyd edib ki, Məftun Abbasov Korrupsiyaya qarşı Mübarizə İdarəsində FETÖ paralel quruluşunun ən önəmli adamı olub. Lakin birdən birə o, Korrupsiyaya qarşı Mübarizə İdarəsindəki müstəntiq vəzifəsindən istefa vermək təlimatı alıb. Bundan sonra ona Taleh Ziyadov və İlham Mehrəliyevlə birlikdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında çalışacağı bildirilib. Mənbə qeyd edir ki, bu qərar FETÖ paralel quruluşu üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı həddindən artıq önəmli olduğu üçün verilib. Çünki Məftun Abbasov FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsində önəmli beyinlərdən biri hesab olunur.
Mənbə bildirir ki, Fətulla Gülən tərəfindən şəxsən Taleh Ziyadov, Məftun Abbasov və İlham Mehrəliyev üçlüyünün qarşısına Bakı Beynəlxalq Dəniz Ticarət Limanını tam olaraq nəzarətə götürməyi və bura FETÖ paralel quruluşuna aid olan iş adamlarını cəlb etməyi bir vəzifə olaraq qoyub. Həmin vəzifə isə hazırda həyata keçirilir. Belə ki, hazırda bu layihəyə Bakıda fəaliyət göstərən və FETÖ paralel quruluşuna aid olan bir çox iş adamları və onların sərmayələri cəlb olunub.
Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq.