azia.az
azia.az

Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi

26-11-2019, 11:56

Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
Bakıda “Xəzər” universitetinin tələbəsi olan 6 qız kirayə qaldıqları mənzildə zəhərlənib. Azia.az xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə təcili yardım xidmətinə çağırış saat 4.47-də daxil olub. “Xəzər” universitetinin tələbəsi olan 6 qız dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxanaya çatdırılıb. İnsident Qara Qaaryev prospekti, 76 ünvanda yerləşən kirayə mənzildə baş verib. Qızların vəziyyəti orta-ağır qiymətləndirilir. Hazırda onlara zəruri tibbi yardım göstərilir.Xatırladaq ki, ötən həftə Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qız hələlik dəqiqləşməyən səbəblərdən zəhərlənib, onlardan biri ölüb. İkisinin müalicəsi davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi