Ötən gün yenə dəm qazından 9 nəfər zəhərlənib.
“Ölkə.Az” xəbər verir ki, hadisələr paytaxtın müxtəlif ərazilərində qeydə alınıb. Zəhərlənən şəxslər müvasiq xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək ki, dəm qazı təhlükəsi barədə Fövqəladə Hallar Nazirliyi də əhaliyə xəbərdarlıq edib. Bildirilir ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir.