azia.az
azia.az

BDU-nun BQU-ya çevrilməsi

12-09-2019, 16:38


100 illik yubileyə bundan böyük “hədiyyə” olarmı?
BDU-nun BQU-ya çevrilməsi
Bakı Dövlət Universitetinə rektor təyin olunana qədər Elmin İnkişafı Fondunun icraçı direktoru işləyən Elçin Babayevin 100 yaşlı ali təhsil ocağına gəlişi böyük ümidlər doğurmuşdu. Ən azından rəhbərlik etdiyi fondun adından yararlanaraq BDU-da elmin inkişafına yardım edəcəyi gözlənilirdi. Lakin, ötən müddət ərzində BDU-də baş verən dəyişikliklər ancaq kadrların yerdəyişməsi kimi xarakterizə oluna bilər. Özü də bu dəyişikliklər ancaq yeni rektorun qohumlarının BDU-da yüksək postlara gətirilməsi ilə yadda qalıb.
Rubrika.az saytı xəbər verir ki, universitetdə ciddi narazılıq doğuran bu “kadr islahatları” nəticəsində qohumlardan ibarət komanda formalaşdırılıb. Verilən məlumatlara görə “kadr islahatları” adı altında uzun illər universitetdə çalışan insanlar kütləvi şəkildə işdən azad olunublar. Əvəzində isə ümumiyyətlə təhsilə yaxından-uzaqdan bağlılığı olmayan insanlar BDU-da yüksək postlara gətirilib. Təsəvvür edin ki,əvvəllər bulvar idarəsində işləmiş yaxın adamını BDU-da yüksək posta təyin edib.
Həmçinin Elçin Babayev rektor təyinatından sonra özünə 2 yeni müşavirlik vəzifəsi “düzüb-qoşub və bu vəzifələrə dərhal təyinat həyata keçirilib. Bu iki müşavirin hansı işlərlə məşğul olduğunu kimsə bilməsə də onların kimliklərini hamı bilir. Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşaviri vəzifələridir. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.
Verilən məlumata görə, keçmiş polis əməkdaşı olan Fikrət Heydərov rektor Elçin Babayevin yeznəsidir.
Elçin Babayev daha bir qohumunu – ikinci həyat yoldaşının bacısı Ləman Hüseynbəylini isə özünə köməkçi təyin edib.
Göründüyü kimi bir əsrlik yaşını qeyd etdiyimiz BDU tədricən BQU-ya, yəni Bakı Qohumlar Universitetinə çevrilməkdədir. 100 illik yubileyə bundan böyük “hədiyyə” olarmı?

Nicat Mahmudov
Rubrika.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi