azia.az
azia.az

Nazir Turizm və Menecment Universitetinə rektor əvəzi təyin etdi

29-06-2016, 11:00

Nazir Turizm və Menecment Universitetinə rektor əvəzi təyin etdi Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi təyin olunub.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə universitetin rektor müavini Eldar Aslanov rektor əvəzi təyin edilib.

E. Aslanov APA-ya xəbəri təsdiqləyərək qeyd edib ki, növbəti təyinata kimi rektorun səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Cəfər Cəfərov bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olunub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi