azia.az
azia.az

Bayram yarmarkaları təşkil olunacaq - ÜNVANLAR

1-03-2016, 17:40

 Bayram yarmarkaları təşkil olunacaq - ÜNVANLAR Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə 12-20 mart 2016-cı il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə Bakının müxtəlif rayonlarında və Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını təşkil edəcək. Kənd Təsərrüfatı Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Eyni zamanda yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
Qeyd edək ki, yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq.
Bakı şəhəri üzrə:
Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
Nərimanov rayonu, Keşlə bazarının ərazisi;
Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
Binəqədi rayonu , Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi