azia.az
azia.az

"Bəşər Əsəd də Ermənistan kimi Rusiyanın oyuncağıdır" — Hərbi ekspert

6-04-2017, 15:21

"Bəşər Əsəd də Ermənistan kimi Rusiyanın oyuncağıdır" — Hərbi ekspert


Türk ordusunun Suriyada həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı başa çatdıqdan sonra, Türkiyə yeni "Dəclə Qalxanı" əməliyyatlarına başlayacağını bildirib. "Dəclə Qalxanı" əməliyyatları PKK-ya qarşı nəzərdə tutulub. "Dəclə Qalxanı" əməliyyatında ilk hədəf Zaho, Duhok və ətrafındakı PKK düşərgələrinin olacağı deyilir.

Ötən ilin sonunda Türkiyə hökuməti rəsmən bəyan etmişdi ki, 2017-ci ilin aprel ayında PKK-nı məhv edəcəyik. Buna görə də, ekspertlər "Dəclə Qalxanı"nın ötən ildən hazırlandığını deyir.

Türkiyənin İŞİD və PKK-ya qarşı keçirdiyi əməliyyatlarla bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:

"Türkiyənin baş naziri Binali Yıldırım "Fərat Qalxanı" əməliyyatlarının başa çatması ilə bağlı fikir səsləndirdi, ardınca isə Türkiyə prezidenti Ərdoğan bildirdi ki, "Fərat Qalxanı" əməliyyatları davam etdiriləcək və Türkiyə qarşısına qoyduğu məqsədlərinə çatacaq.

Suriya ilə bağlı əməliyyatlar tam öz məqsədinə çatmamış "Fərat Qalxanı" əməliyatının dayandırılması bildirilirdi. Bu isə bir çox sualların yaranmasına səbəb olmuşdu. Sualların yaranmasına səbəb isə Suriya ilə bağlı, regionla bağlı məsələlərin öz müsbət həllini tapmaması ilə bağlı idi. Biz bu gün Əsədin azğınlığının şahidi oluruq. Türkiyə əvvəl Əsədin devrilməsinin tərəfdarı idi, Rusiyanın bu məsələyə qarışmasından sonra faktiki olaraq Türkiyənin Əsədlə bağlı planından çəkinmə görüntüsü yarandı.

Suriyanın İdlib vilayətində dinc əhaliyə qarşı edilən kimyəvi hücumdan sonra ABŞ prezidenti Donald Tramp Əsədə qarşı fikirini dəyişdiyini bəyan etdi. Türkiyənin Suriya ilə bağlı planlarından geriyə çəkilməsində Rusiyanın təsiri var. Rusiyanın PKK və digər kürd qruplaşmalarını dəstəkləməsindən sonra Türkiyə rəsmi Moskva tərəfindən aldadıldığını anladı. Türkiyənin siyasi rəhbərliyi Rusiya tərəfindən tora salındığını nəhayət ki, anladı. "Fərat Qalxanı" əməliyyatları davam etdirilməlidir. Hətta əməliyyatlar bir qədər sürətlənməlidir ki, nəticə olsun.

Necə ki, Ermənistan, eləcə də Bəşər Əsəd Rusiyanın oyuncağıdır. Bu oyuncağı nə qədər tez məhv eləsələr dünya sakitçilik tapacaq".

Hərbi ekspert hazırlanılan "Dəclə Qalxanı" ilə bağlı bunları deyib:

"Türkiyə nə qədər sakit dayansa, o qədər ziyanınadır. Türkiyə çevik hərəkət etməli, əməliyyatları davam etdirməlidir. Türkiyə Rusiya ilə yox NATO-dakı müttəfiqləri ilə birgə hərəkət etməlidir. Türkiyə öz nüfuzunu bərpa etmək istəyirsə, qısa müddətli, çevik əməliyyatlar həyata keçirməlidir ki, ortada konkret nəticə olsun".

Səxavət Məmməd
Ölkə.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi