azia.az
azia.az

İran qırıcıları Türkiyə ordusuna hücum edib?

27-11-2016, 15:14

İran qırıcıları Türkiyə ordusuna hücum edib?
Suriyada Türkiyə əsgərlərinə edilən hücumda İranın əli var

Axar.az xəbər verir ki, bu açıqlama ilə “Milliyyət” yazarı Sərpil Çevikcan çıxış edib.

Əsəd rejimi tərəfindən hücum edildiyini deyən Çevikcan burada İranın barmağının olması ehtimalının olduğunu qeyd edib.

Çevikcan hücumun İranın təsiri altında olan bir qrup tərəfindən edildiyini və əsas hədəfin Türkiyə-Rusiya münasibətlərini yenidən pozmaq, həmçinin Türkiyənin bölgədə irəliləməsinin qarşısını almaq olduğunu vurğulayıb.
Qeyd edək ki, 24 noyabrda “Fərat qalxanı” əməliyyatını aparan əsgərlərə havadan qırıcılarla hücum edilib. Ardıcıl edilən hücumlar Türkiyə təyyarələrinin olay yerinə gəlişindən sonra dayandırılıb. Hücum nəticəsində 3 Türkiyə əsgəri şəhid olub, 10-u yaralanıb. Olayın Rusiya təyyarəsinin vurulması tarixi ilə eyni günə düşdüyü üçün burada bəzi şübhəli məqamların olduğu iddia edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi