azia.az
azia.az

Suriya torpaqlarında gözümüz yoxdur

25-08-2016, 09:55

Suriya torpaqlarında gözümüz yoxdurBizim Suriya torpaqlarında gözümüz yoxdur. Bu bölgədə suriyalılar yaşayacaq
Bunu Türkiyə Baş naziri Binəli Yıldırım Suriyanın Cerablus şəhərində həyata keçirilən “Fərat qalxanı” adlı hərbi əməliyyata münasibət bildirərkən deyib.


“Bizim əsas məqsədimiz YPG-PYD qüvvələrinin bu torpaqları işğal etməsinin qarşısını almaqdır. Suriyalı müxaliflər Cerablusa gəldilər və oradakı kənd və qəsəbələrə nəzarət etməyə başladılar. Cerablus da daxil olmaqla, bütün ərazilərin YPG və PYD-dən təmizlənməsi lazımdır. ABŞ ilə razılaşmamız budur ki, PYD-nin çayın şərqinə doğru keçməsi lazımdır. Bu həyata keçənə qədər əməliyyatlarımız davam edəcək”, - Yıldırım bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi