azia.az
azia.az

Ruhəngiz də əsəbiləşdi: "Yalnız burnum və göz ətrafım əməliyyatdır"

16-02-2016, 12:29

Ruhəngiz də əsəbiləşdi: "Yalnız burnum və göz ətrafım əməliyyatdır" “Bu günə qədər burnumda və göz ətrafımda əməliyyat olub. Lazım olsa, yenə edəcəm. Bunun heç kəsə adiyəti yoxdur”.
Bu sözləri məkdar artist Ruhəngiz Allahverdiyeva deyib. Sənətçi bildirib ki, şou-biznes nümayəndələrinin əksəriyyəti ondan çox plastik əməliyyat etdirsələr də nədənsə bu mövzuda daha çox onun adı hallanır:
“Mən bunu heç bir zaman gizlətmirəm. Cəmi iki dəfə əməliyyat etdirmişəm. İlki burnumda olub. Uşaq vaxtı yıxılmışdım, burnumda əyrilik qalmışdı, buna görə məcbur olub, 1985-ci ildə Tiflisdə əməliyyat keçirdim. Həmin vaxtda isə Azərbaycanda yalnız iki tanınmış xanım sənətçi burnunu əməliyyat etdirmişdi. İkinci əməliyyat isə gözümün üstü ilə altında olub. Amma başqa bir yerlərimdə əməliyyatım olmayıb. Deyirlər ki, qabırğalarımı çıxartdırmışam. Amma bu da yalandı. Bizim vücudumuz nəsillikcə belədir. Allah məni belə yaradıb, yəni dəyişiklik etməmişəm”.
R.Allahverdiyeva daha sonra onu da əlavə edib ki, sosial şəbəkədə ona yazılan tənqidi şərhlərdən təngə gəlib: “Sosial şəbəkədə naməlum profillərdən mənim ünvanıma xoş olmayan şərhlər yazırlar. Bunu edən məni gözü götürməyən həmkarım da ola bilər. Hər şeyi Allaha həvalə etmişəm. Amma həmin insanlar tənqidi şərhləri yazmaqda davam edirlər. Mən də onların yazdığı şərhlərə görə polisə müraciət edəcəyəm. Hər birinin şərhlərini “kopya” edib, saxlamışam”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi