azia.az
azia.az

Kremlin Qarabağla bağlı son mövqeyi

11-03-2016, 17:11

Kremlin Qarabağla bağlı son mövqeyi "Qəti qərarları yalnız münaqişə iştirakçıları verməlidir".

“Qarabağ münaqişəsinin həlli ilə bağlı son qərarları Azərbaycan və Ermənistan verə bilər”. Bu sözləri Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl işlərini davam edirir. Bu, bir dəfəyə həll olunan məsələ deyil, ardıcıl addımlar tələb olunur. Nə beynəlxalq vasitəçilər, nə də Rusiya Ermənistan və Azərbaycanın əvəzinə münaqişəni nizamlaya bilməz. Qəti qərarları yalnız münaqişə iştirakçıları verməlidir", - deyə Peskov bildirib.
Peskov bu bəyanatı Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfərindən sonra verib. Ötən gün Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinə dair əsas məsələlər, iqtisadi-ticarət, enerji və humanitar sahədə əlaqələr, Avrasiya məkanında inteqrasiya prosesləri ilə yanaşı Qarabağ münaqişəsi də müzakirə olunub.
Prezidentlərin görüşündən sonra Sarkisyan Putinə Qarabağ münaqişəsində tutduğu mövqeyə görə təşəkkür edib.
"Biz bu münaqişənin sülh yolu ilə həllinə sadiq olduğumuzu bir daha bəyan edirik. Mən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə, Sizə təşəkkür etmək istəyirəm", - deyə Sarkisyan deyib.
Sarkisyan bu təşəkkürü Qarabağ işğal altında qaldıqca dəfələrlə təkrarlayacaq. Çünki hazırkı vəziyyət Ermənistana iqtisadi cəhətdən sərfəli olmasa da siyasi cəhətdən sərfəlidir. Peskovun bu bəyanatı isə Rusiyanın Ermənistana verdiyi siyasi dəstəyin bariz nümunəsidir. Rəsmi Kreml bu açıqlaması ilə münaqişəsinin həllindən geri çəkildiyini açıq şəkildə bəyan edir. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi münaqişənin həllində və tərəfləri kompromisə gətirmək üçün səy göstərəcəyi ilə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi