azia.az
azia.az

Bakıda fəhlə müəmmalı şəkildə öldü

28-03-2017, 09:46

Bakıda fəhlə müəmmalı şəkildə öldü


Bakıda daş sexində ölüm hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, daş sexində fəhlə işləyən 1966-ci il təvəllüdlü İmanov Mürşüd Səyyad oğlu iş başında naməlum səbəbdən qəfildən ölüb.

Onun ölümünün səbəblərinin araşdırılması üçün əraziyə Qaradağ Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

M.İmanovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi