azia.az
azia.az

İlham Əliyev: “Gələn il pambıq istehsalı 300 min tona, hər hektardan məhsuldarlıq isə 30 sentnerə çatdırılmalıdır“

4-09-2016, 11:09

İlham Əliyev: “Gələn il pambıq istehsalı 300 min tona, hər hektardan məhsuldarlıq isə 30 sentnerə çatdırılmalıdır“
"2015-ci ildə Salyanda 400 hektar pambıq sahəsi var idisə, bu gün artıq 2200 hektarda pambıq əkilib. Gələn il, bu, 7 min hektara qalxacaq, ən azı 14 min insan işləyəcək, pul qazanacaq və öz maddi vəziyyətini yaxşılaşdıracaq, dövlətimizə də, ümumi işimizə də töhfə verəcək"

Bunu prezident İlham Əliyev sentyabrın 3-də Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrinə baxışı zamanı bildirib.

Dövlət başçısı ölkəmizdə pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verib. O bildirib ki, 2017-ci ildə respublikamızda pambıq istehsalı 300 min tona, hər hektardan məhsuldarlıq isə 30 sentnerə çatdırılmalıdır.

Prezident İlham Əliyevə məlumat verilib ki, 2016-cı ildə rayonun 16 kəndində 2168 hektar sahədə pambıq əkini aparılıb. Gələn il Salyanda 7 min hektarda pambıq əkilməsi planlaşdırılır.

Pambıqçılarla söhbət edən prezident İlham Əliyev deyib:

"1970-ci illərdə Azərbaycanda ildə bir milyon ton pambıq yığılırdı və işçilər də razı idi, iş də gedirdi. Pambıqçılar yaxşı pul da qazanırdılar. Ondan sonra yavaş-yavaş azalma başladı. Keçən il cəmi 30 min ton pambıq yığılıb. İndi 24 rayonda yeni proqram icra edilir, o cümlədən Salyan rayonunda pambıq sahələri genişləndirilib. 2015-ci ildə Salyanda 400 hektar pambıq sahəsi var idisə, bu gün artıq 2200 hektarda pambıq əkilib. Gələn il, bu, 7 min hektara qalxacaq. Bütün bu sahələr yeni sahələrdir. Şoranlaşmış torpaq idi. Görülən operativ tədbirlər nəticəsində indi bu 120 hektarda pambıq əkilib. Yaxın günlərdə yığım başlanacaq.

İndi dövlət xətti ilə yeni texnikanın da alınması təmin edilir. Biz bu məqsədlər üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, bu iş daha geniş vüsət alsın, ölkəmizin inkişafı təmin edilsin və yeni iş yerləri yaradılsın. Çünki pambıq tarlalarında çoxsaylı iş yerləri yaradılır. Hər hektarda orta hesabla iki nəfər işləyir. Gələn il 7 min hektarda ən azı 14 min insan işləyəcək, pul qazanacaq və öz maddi vəziyyətini yaxşılaşdıracaq, dövlətimizə də, ümumi işimizə də töhfə verəcək.

Bu tarlalarda işləyənlərin şəraiti də yaxşı olmalıdır. Burada tarla düşərgəsi də var. Təbii ki, pambıqçılar üçün hər cür şərait yaradılmalıdır, su, yemək təşkil olunmalıdır. 1970-ci illərdə Ulu Öndərin rayonlara səfərlərində mən də onun yanında idim. Tarla düşərgələrində keçirdiyi çoxsaylı görüşlərini xatırlayıram".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi