AQTA-dan çıxdı, dərman şirkətində yüksək vəzifəyə getdi
AQTA-dan çıxdı, dərman şirkətində yüksək vəzifəyə getdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriya müdiri Zaur Zalov vəzifəsindən ayrılıb.
Oxu24.com xəbər verir ki,Zaur Zalov "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-də yeni vəzifəyə düzəlib. O, bu aydan etibarən şirkətdə keyfiyyət laboratoriyasının rəhbəri vəzifəsinin icrasına başlayıb.
Z. Zalov 2018-ci ilin iyunundan 2026-cı ilin noyabrınadək AQTİ-də laboratoriya müdiri olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, "Gen Pharma Caucasus Manufacturing Operations" MMC, ölkənin ilk qabaqcıl əczaçılıq istehsal müəssisəsini yaratmaq və idarə etmək məqsədilə Azərbaycanda təsis edilmiş strateji birgə müəssisədir (onun 66%-lik payı "GEN İlaç ve Sağlık Ürünleri A.Ş."-yə məxsusdur).
Pirallahı Sənaye Parkında, təxminən 7,8 hektar ərazidə yerləşən bu müəssisə, 42 doza forması və qablaşdırma növü üzrə illik 50 milyon qutuya qədər dərman vasitəsi istehsal etmək üçün layihələndirilib və burada təxminən 165 nəfər işçi çalışır. Türkiyə mənşəli texnologiyalardan istifadə edən zavod, həm Azərbaycanın daxili tələbatını ödəməyə, həm də "Made in Azerbaijan" (Azərbaycan istehsalı) brendi altında ixrac həyata keçirməyə yönəlib./Yurd.Media/