azia.az
azia.az

Prezident İlham Əliyev: “Azərbaycanda iqtisadi sahədə heç bir problem yaşanmır”

10-05-2016, 09:22

Prezident İlham Əliyev: “Azərbaycanda iqtisadi sahədə heç bir problem yaşanmır” “Azərbaycanda təhlükəsizlik məsələləri lazımi səviyyədə təmin edilir, ictimai-siyasi sbaitlik mövcuddur, insanların rifah halı yaxşılaşır”.
Bunu bu gün Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı deyib ki, baxmayaraq ki, bu gün də davam edən dünya iqtisadi və maliyyə böhranı bizə də təsir göstərib, ancaq hesab edirəm ki, biz bu böhrandan şərəflə çıxa bilmişik: “Bu gün Azərbaycanda iqtisadi sahədə heç bir problem yaşanmır. İqtisadi inkişaf davam edir. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, bu problemlərin öhdəsindən şərəflə gəlirik və əminəm ki, 2016-cı ili də uğurla başa vuracağıq. Çünki əvvəlki illərdə dayanıqlı iqtisadi inkişaf təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Bununla bərabər, Heydər Əliyevin neft strategiyası Azərbaycanda uğurla icra edilib. Bu strategiya 1994-cü ildə icra edilməyə başlanıb. “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisədir. Bu gün “Əsrin müqaviləsi” çərçivəsində aparılan işlər bizim iqtisadi gücümüzü artırır. 1996-cı ildə Şahdəniz qaz yatağının işlənməsi ilə bağlı imzalanmış müqavilə bu gün nəinki Azərbaycanın, bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, Azərbaycanın geosiyasi imkanlarını və vəziyyətini, böyük dərəcədə möhkəmləndirir”.
Prezident İlham Əliyev bildirib ki, 1999-cu ildə Bakı-Supsa neft kəmərinin inşası və Ulu Öndərin şəxsi iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşının qoyulması Heydər Əliyev neft strategiyasının əsas amilləridir: “Bu gün bu istiqamətdə əlavə tədbirlər görülür. Ulu Öndərin başladığı layihələr tam icra edilib. 2006-2007-ci illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. Bu gün biz “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə fəal məşğuluq və bu istiqamətdə də çox böyük uğurlara imza atmışıq. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi