azia.az
azia.az

Barak Obama prezident İlham Əliyevə məktub yazıb

9-07-2016, 06:29

Barak Obama prezident İlham Əliyevə məktub yazıb ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə Prezident ilham Əliyevə təbrik göndərib. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel və mən Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzularımızı yetiririk.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən güclü və fəal Amerika müsəlman icması sədaqət, mərhəmət və xeyirxahlıq üçün birləşirlər. Bu, elə bir zamandır ki, məscidlər, mədəniyyət mərkəzləri, şəhər meriyaları və dinlərarası icmalar öz qapılarını qonşularına, yaxınlarına və yoxsullara iftar süfrəsi, ümumi dəyərlər və qarşılıqlı ləyaqət üzrə dialoq üçün açırlar. Sözün qısası, Ramazan öz ümumi insanlığımız, ibadət və sülh barədə fikirləşmək üçün mühüm bir imkandır.

Qoy, qarşıdan gələn il Sizə sevinc və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi