"Real"ın ulduzu zədələndi - SON DƏQİQƏ
"Real Madrid" klubunun əsas ulduzlarından biri zədələnib.
Xəbər verilir ki, Fransa milli komandasının düşərgəsindən narahatedici xəbər gəlib. Əsas dayaq yarımmüdafiəçilərindən biri olan Oreliyen Çuameni milli komandanın məşqində zədə səbəbindən məşqi vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.
Milli komandanın hazırlıq prosesi zamanı narahatlıq hiss edən Çuameni risk edilmədən məşqi dayandırıb və həkim nəzarətinə götürülüb.
Həm Zinəddin Zidan, həm də "Real Madrid"in məşqçilər korpusu üçün vacib oyunçu olan ulduz yarımmüdafiəçinin zədəsinin ciddiliyi diqqətlə izlənilir./Offsideplus