azia.az
azia.az

İŞİD Türkiyə ilə sərhəddə daha 6 kəndi ələ keçirdi

10-04-2016, 16:35

İŞİD Türkiyə ilə sərhəddə daha 6 kəndi ələ keçirdi İŞİD terror təşkilatı Türkiyənin Hatay vilayəti ilə həmsərhəd olan Hələbin Azez qəsəbəsi ətrafındakı 6 kəndi ələ keçirib. Lent.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Azad Suriya Ordusunun nəzarətində olan Biriğitə, Qazel, Elbil, Eşihsrih, Ceriz ve Tellihsin kəndləri terrorçuların idarəetməsinə keçib. Hazırda Azad Suriya Ordusunun qüvvələri kəndləri geri qaytarmaq uğrunda qızğın döyüşə atılıb.

Bu arada koalisiya qüvvələri İŞİD-ə qarşı yeni əməliyyata başlayıbn. Hava əməliyyatları əsasən Türkiyənin Kilis vilayəti ilə sərhəddə yerləşən Suriyanın Savran, Soran, Tilalyan, Kefre və Alzəhra kəndlərində həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi