azia.az
azia.az

Əks-kəşfiyyatın rəhbərindən İŞİD xəbərdarlığı

10-04-2016, 11:02

Əks-kəşfiyyatın rəhbərindən İŞİD xəbərdarlığı İŞİD terror təşkilatı Almaniya və onun maraqlarına qarşı terror aktı törətmək niyyətindədir.

APA-nın məlumatına görə, bunu Almaniya Konstitusiyasının müdafiəsi üzrə federal idarənin rəhbəri Hans-Qeorq Maasen “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.

H. Maasen Almaniya xüsusi xidmət orqanlarının əvvəlcə İŞİD terror təşkilatı ilə əlaqədar təhlükəni qiymətləndirməyib, Yaxın Şərq və Afrikadakı qaçqın axınından istifadə edərək İŞİD-in öz tərəfdarlarını Almaniyaya göndərməsini zəif ehtimal sayıb. Eyni zamanda idarəsinin İŞİD təhlükəsi ilə qarşılaşdıqdan sonra çox şey öyrənməli olduğunu etiraf edib: “İŞİD Almaniya və onun maraqlarına qarşı terror aktı törətmək istəyir və apardığı təbliğatda da buna çağırır. Terrorçuların konkret planı məlum olmasa da, əks-kəşfiyyat təhlükəsizliklə əlaqədar situasiyaya çox ciddi yanaşır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi