azia.az
azia.az

Halit Çevik: “Türkiyə Suriyaya qoşun yeritməyəcək”

20-02-2016, 09:58

Halit Çevik: “Türkiyə Suriyaya qoşun yeritməyəcək” Türkiyə təkbaşına Suriya ərazisinə qoşun yeritmək niyyətində deyil. APA-nın "Euronews"-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik bəyan edib.

Onun sözlərinə görə, quru qoşunların iştirakı ilə əməliyyat yalnız İŞİD-ə qarşı beynəlxalq koalisiyanın tərkibində və yaxud BMT Təhlükəsizlik Şurasının müvafiq qərarından sonra mümkündür.
“Rəsmi Ankara Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bununla belə, Türkiyə ərazisinin kürd hərbi birləşmələri tərəfindən atəşə tutulmasını cavabsız qoymayacaq. “Suriyaya dəstək” beynəlxalq qrupunun üzvü olaraq Türkiyə qonşu ölkədə münaqişənin siyasi yolla nizamlanmasını dəstəkləyir. Hazırda ən əsas məsələ - atəşkəsə nail olmaq və İŞİD-lə effektiv mübarizə aparmaqdır”, deyə Halit Çevik bildirib.
Türkiyənin BMT-dəki daimi nümayəndəsi həmçinin qeyd edib ki, Rusiya Suriyada terrorçuların mövqeləri əvəzinə mülki obyektlərə hava zərbələri endirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi