azia.az
azia.az

Ərazi problemi olan keçmiş SSRİ ölkələri NATO-ya qəbul edilə bilər

23-05-2020, 13:40


Ərazi problemi olan keçmiş SSRİ ölkələri NATO-ya qəbul edilə bilər
NATO-nun keçmiş SSRİ ölkələri üçün qəbul qaydaları dəyişdirilməlidir ki, ərazi konfliktləri onların alyansa üzvlüyünə mane olmasın.
Ərazi problemi olan keçmiş SSRİ ölkələri NATO-ya qəbul edilə bilər
Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Kiyev Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

O, Rusiyanın Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrin alyansa daxil olmağa izn vermək istəmədiyini, bunun üçün də onların müəyyən ərazilərini işğal etdiyini bildirib: “Alyans üzvləri Rusiya ilə ərazi konflikti olan bəzi ölkələri öz aralarına qəbul etməyi arzulamırlar. Belə ki, 5-ci maddəyə əsasən bu, Rusiya ilə avtomatik savaşmaq və bu əraziləri güc yolu ilə geri qaytarmaq anlamına gəlir. Buna görə də bəzi ölkələrin alyansa üzvlük qaydaları dəyişməlidir. Bir sözlə, NATO və alyansa üzv olan ölkə müqavilə imzalayır ki, 5-ci maddə işğal edilmiş ərazilərə birbaşa aid olmayacaq. Biz ilk güc tətbiq edən ölkə olmayacağımızla bağlı öhdəlik götürür və bu ərazilərin yalnız sülh yolu ilə reinteqrasiyasını, ölkənin bütövlüyünün bərpa edilməsini dəstəkləyirik. Bu Rusiyanı ərazilərin işğalının davamı üçün stimullardan məhrum etməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi