ABŞ Senatı: "Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir"
Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir. Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin yeni rəhbəri Ceyms İnhof bildirib.C.İnhof deyib: "Əgər Türkiyə F-35 proqramında qalmaq istəyirsə, onlar Rusiyadan S-400 sistemləri almaqdan imtina etməlidirlər".
O, əlavə edib ki, Türkiyə ABŞ-ın NATO üzrə çox mühüm tərəfdaşıdır və onlar bu statusa uyğun fəaliyyət göstərməlidir: "Türkiyə Rusiya və Qərb arasında seçim etməlidir".