azia.az
azia.az

Ukraynanın keçmiş prezidenti Krımla Donbasın qaytarılması şansları barədə

28-03-2019, 16:25

Ukraynanın keçmiş prezidenti Krımla Donbasın qaytarılması şansları barədəUkraynanın keçmiş prezidenti Viktor Yuşşenko virtualaz.org-un əməkdaşı ilə söhbətində hazırda onun ölkəsini və regionu düşündürən məsələlərlə bağlı bəzi sualları cavablandırıb.
Əməkdaşımızın “Ukraynanın Krımı və Donbası qaytarmaq şansı varmı?” sualına eks-prezident belə cavab verib:
“Gəlin düşünək, Krımda, Donbasda, Dnestryanıda, Qarabağda, Abxaziyada, başqa sözlə, kənardan alovlandırılan lokal münaqişələr olan ərazilərdə nə baş verir. Bu münaqişələr ölkələrin daxili problemləri deyil, onların Avropanın şərqindəki zənciri geosiyasi fəzadadır. O qədər də ağıllı olmaq lazım deyil ki, bu münaqişələrin arxasında kimin durduğunu anlayasan. Əslində, bu müharibələr ərazilər uğrunda deyil, Rusiyanın ikiəlli yapışdığı və buraxmaq istəmədiyi məkan uğrundadır.
O ki qaldı Qərbin mövqeyinə, təəssüf ki, Qərb çoxdan Çörçillin, Kolun, Mitteranın zamanındakı Qərb deyil. O, çoxdan vahid səslə danışmır. Əgər Avropa vahid səslə danışa bilsəydi, bu münaqişələr çoxdan həllini tapardı. Əminəm ki, 2007-ci ildə NATO-nun Buxarest sammitində Ukrayna ilə Gürcüstan NATO alyansda üzvlük üzrə hərəkət planına üzv olsaydılar, nə 2008-ci ilin Gürcüstan haduisələri, nə də sonradan Krım və Donbas olardı. Amma mən Merkellə Sarkozini xəbərdar etmişdim ki, Gü3rcüstanla Ukraynanı rədd etməklə onlar Rusiyanın imperiya iddialarını gerçəkləşdirməsi üçün yaşıl işıq yandırırlar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi