azia.az
azia.az

Bərdənin icra başçısı diş həkimlərini soyur -Eksklüziv ad-FOTO/FAKT

13-03-2017, 15:30

Bərdənin icra başçısı diş həkimlərini soyur -Eksklüziv ad-FOTO/FAKT


Bərdədə biabırçılıq yaşanır. Rayon İcra Hakimiyyətinin özbaşına qərarı ilə humanitar şöbənin işçisi Səfərov Eldəniz bütün diş həkimlərini xəraca bağlayıb.

Tərəfdar.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə Bəhlul Abbaslı xəbər yayıb. Onun sözlərinə görə, hər stomotoloji klinika və məntəqənin həkimlərindən 3000-5000 manat arası pul yığılır.

Bunun səbəbi bilinməsə də, rayon icra başçısı Vidadi İsayevin qərarı olduğu deyilir. E.Səfərovun onun göstərişini icra etdiyi və bu qanunsuz tələbə diş həkimlərinin biət etdiyi söylənir.

İcra hakimiyyəti rəsmisi xərac verməyənləri vergidən yayınma, antisanitariya və s. yoxlamalarla təhdid edir.

Kabinetində nöqsan aşkarlanacaq diş həkimləri daha çox rüşvət verməyə məcbur olacaqlarını bildikləri üçün E.Səfərov və V.İsayev tandeminin tələbinə boyun əyirlər

Vidadi İsayev azsaylı icra başçılarındandır ki, adı ən müxtəlif maliyyə maxinasiyalarından tutmuş, iri korrupsiya əməllərinə qədər çeşidli iddialarda hallanıb. Eyni zamanda Bərdə rayonu yuxarı instansiyalara edilən şikayətlərə görə də “öncül” cərgələrdə qərarlaşıb.
Hələ unutmayaq ki, bu şikayət və müraciətlərin böyük əksəriyyətinin qarşısı rayon rəhbərliyinin adminstrativ üsullarıyla alınır, əks halda mənzərə daha utancverici ola bilərdi. Bütün bunlar isə Vidadi İsayevin ölkə prezidentinin yüksək etimadına layiq olmayan kadr olduğunu bir daha təsdiqləyir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Tərəfdar.az araşdırma qrupu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi