azia.az
azia.az

Icra başçsına talançılıq iddiası: Tərtərdə abadlıq adı altında 74 kənd icra nümayəndələrindən məcbur alınan rüşvətin - TƏFƏRRÜATI

7-03-2017, 13:19

Icra başçsına talançılıq iddiası: Tərtərdə abadlıq adı altında 74 kənd icra nümayəndələrindən məcbur alınan rüşvətin - TƏFƏRRÜATI


Tutulan bütün postlara, icra başçısının "qara işlərini” isə E.Vəliyevin göstərişi ilə Yevlax qruplaşması həyata keçirir

Tərtər rayonunda dövlət büdcəsindən ayrılan milyonların asanlıqla yuyulduğu haqda yazmışdıq. Sözügedən məqalədə qeyd olunurdu ki, Tərtər rayon icra hakimiyyətinin başçısı postun zəbt edən Müstəqim Məmmədov "abadlıq və quruculuq” adı altında talançılıqla məşğuldur.

Məsələ bundadır ki, bu "abadlıq” işlərinin görülməsi üçün əvvəlcə rayon mərkəzində yerləşən bir çox ərazilər bərbad hala gətirilir. Təsəvvür edin ki, son dəfə təmir olunduğu, abadlaşdırıldığı vaxtdan heç bir il keçməmiş, həmin küçə və parklar, müxtəlif təyinatlı tikililər yenidən təmir olunmaq üçün sökülür, dağıdılır və qazılır. Bütün bu əməliyyatlar hesabına isə küllü miqdarda pullar silinir. Bu günlərdə isə redaksiyanın elektron ünvanına Tərtər sakini olan Qarabağ müharibəsi əlilivə bir qrup rayon ziyalıları (bəlli səbəblərdən şikayətçilərin adını və soyadını yazmırıq-red) şikayət məktubu göndərib Həmin məktubda yer alan faktları olduğu kimi diqqətinizə çatdırırıq.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abdlıq adı altında və özünün yaxın adamları vasitəsilə pul toplayır: "İcra başçısı gözə görünən yerləri 3-4 dəfə təmir elətdirir, rayonun görünməyən yerləri isə xarabalıgı xatırladır. Şəhid və Qarabag əlillərinin binasının 2 kanlizasiyasının üstü 4 ildir ki, açıqdır. Problemlə bağlı dəfələrlə şikayət etsək də müraciətlərimizin heç bir nəticəsi olmayıb”.

Məlumatda daha sonra bildirilir ki, Müstəqim Məmmədovun kənd icra nümayəndələrindən rüşvət tələb etməsidir: "Tərtər rayonunda 74 kənd var və hər bir kənd sovetliyinin 200 manat maaş alan mühasiblərinin hər bir ilə 1500 manat rüşvət istəlinir. Ancaq bu hələ harasıdır, Müstəqim Məmmədov daha yüksək vəzifə tutan yerli məmurlardan daha böyük məbləğlər tələb edir”.

İddialarda daha sonra bildirilir ki, icra başçısının Tərtərə gəldiyi gündən fərdi evlərin hasarlarını uçurtdurub viran etmiş indi həmin yerlərin təkrar satışa çıxardıb. Hətta elə pullu rayon sakinləri varki, pula görə darvasasını söküb ərac istəyir. Bundan başqa 2000-3000 azn qarşılığında qaraj yerləri satışa çıxarılır. Sökdüyü yerlərin yenidən satışa çıxarılması işinə isə baş memar nəzarət edir, bütün pullar onun əliylə yığılır”.

Qeyd edək ki, icra başçısı rayonda bəs qədər obyektlərə sahibdir. Növbəti yazıda həmin obyektlərin fotolarını da təqdim etməyə çalışacağıq.
Azerinews.tv


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi