azia.az
azia.az

Qənirə Paşayeva Qarabağ problemi ilə bağlı yeni kitabını təqdim etdi

15-02-2016, 12:10

Qənirə Paşayeva Qarabağ problemi ilə bağlı yeni kitabını təqdim etdi Tovuzda millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın yeni nəşr olunmuş “Müasir Avropa təhlükəsizliyi: Yeni çağırışlar və təhdidlər (Cənubi Qafqaz münaqişələri timsalında)” kitabının təqdimatı və imzalanma mərasimi olub.
Kitab barədə geniş məlumat verən millət vəkili Ermənistanın torpaqlarımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, törətdikləri soyqırımlar, vandalizm aktları, Dağlıq Qarabağ probleminin tarixi kökləri, müasir vəziyyət, bir sıra beynəlxalq təşkilatların ikili standartları kimi məsələlərin kitabda faktlarla geniş təqdim edildiyini vurğulayaraq gəncləri oxumağa, öyrənməyə səsləyib.
Gəncləri tariximizi dərindən öyrənməyə çağıran Q. Paşayeva onlarla Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlarla bağlı geniş fikir mübadiləsi aparıb.
Millət vəkili gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kampaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Görüşün sonunda Q. Paşayeva gənclərə və müəllimlərə müəllifi olduğu “Müasir Avropa təhlükəsizliyi: Yeni çağırışlar və təhdidlər(Cənubi Qafqaz münaqişələri timsalında)” kitabını imzalı hədiyyə etməklə yanaşı, onların suallarını da cavablandırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi