azia.az
azia.az

Qənirə Paşayeva yerli məmurları süni əngəllərə yol verməməyə çağırıb

4-02-2016, 19:18

Qənirə Paşayeva yerli məmurları süni əngəllərə yol verməməyə çağırıb Tovuzda 2015-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Prezident Aparatının rəsmi nümayəndəsi Əlibaba Əliyev, millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Abdullayeva iştirak ediblər. T. Zeynalov, Ə. Əliyev 2015-ci ildə rayonda görülmüş işlər, əldə edilmiş uğurlar və həllini gözləyən məsələlər barədə geniş məruzə ilə çıxış ediblər.
Q. Paşayeva çıxışına prezident İlham Əliyevin son toplantılarda səsləndirdiyi "Xalqın maraq və mənafeləri hər şeydən üstündür" düşüncəsini xüsusi vurğulayaraq başlayıb və yerli məmurları, nazirliklərin rayon şöbələri rəhbərlərini əhalinin problem və qayğılarına daha həssas münasibət göstərməyə, onların həlli istiqamətində daha çox çalışmağa, süni əngəl və maneələrə yol verməməyə çağırıb. Millət vəkili deyib ki, rayonlarda, o cümlədən Tovuzda da insanların üzləşdiyi ən böyük problem işsizliklə bağlıdır: "İmkanı olub sərmayə qoymaq, hətta kiçik də olsa, iş yeri açmaq istəyən hər bir insana icra qurumları, bələdiyyələr dəstək olmalıdır. Bu istiqamətdə süni əngəllərə yol verilməməlidir. Çünki dünya bazarında neftin qiymətinin düşməsindən, devalvasiyadan sonra dövlətin maliyyə hesabına həyata keçirilən layihələrin, demək, iş yerlərinin sayının da azalması gözləniləndir. Ona görə də dövlət qurumları, məmurlar hər bir iş yeri açmaq istəyən şəxsə dəstək olmalıdır ki, işsizlik artmasın. Ümid edirəm ki, Tovuzda iş yeri açmaq, biznes qurmaq istəyənlərə dəstək daha da artacaq və artmalıdır. Çünki bu, prezidentin qarşıya qoyduğu əsas məsələlərdən biridir”.
Millət vəkili deyib ki, gənclər arasında siqaretdən, alkoqoldan, narkotikdən istifadə edənlərin, qumar oyunlarına qurşananların sayının atması ciddi narahatlıq yaradır. Gənclərlə məşğul olan dövlət və qeyri-dövlət qurumları ilə birlikdə bu istiqamətdə maarifləndirmə işləri daha da artırılmalıdır. Q. Paşayeva səhiyyə xidmətlərinin keyfiyyətinin daha da artırılmasının vacib olduğunu deyib: “Bu il bir neçə insan qaraciyər köçürülməsi ilə bağlı kömək üçün mənə müraciət etmişdi. Adamların heç xəbəri də yoxdur ki, Hepatit C virusuna hardan yoluxa bilər? Hepatitlər də daxil olmaqla bir sıra xəstəliklərin artmaması üçün rayon səhiyyə qurumları sakinlərin tibbi maarifləndirilməsi məsələsində daha fəal olmalıdır”.
Millət vəkili rayonda qaz təminatı ilə bağlı problemlər olduğunu diqqətə çatdıraraq rayon qaz idarəsinin rəsmilərini qış aylarında əhalinin ortaya çıxan problemlərinə daha həssas münasibət göstərməyə çağırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi