azia.az
azia.az

Bağçada başlarına bit düşən uşçaqlar barədə RƏSMİ AÇIQLAMA

Bu gün, 20:10

Xəbər verilir ki, Suraxanı rayonunda fəaliyyət göstərən 310 nömrəli uşaq bağçasında uşaqların başına bit düşməsi barədə xəbər yayıldı.

Bu barədə Oxu24.com-a müraciət edən Aygün Aslanzadə məlumat verib.

Onun sözlərinə görə,qızı M.A. sözügedən bağçada  təhsil alıb. Bu,faktla qarşılaşdıqdan sonra övladını  oradan uzaqlaşdırmaq qərarına gəlib.

Azia.az xəbər verir ki, qeyd olunan xəbərlə bağlı Oxu24.com  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirib ki,  310 nömrəli uşaq bağçasında bu gün yalnız bir uşağın saçının gigiyenik durumu qeyri-qənaətbəxş olduğu üçün həmin uşağın bağçaya gəlməsinə müvəqqəti məhdudiyyət qoyulub.

"Ümumiyyətlə bağçada sanitar-gigiyenik normaların qorunması diqqət mərkəzində saxlanılır, mütəmadi qabaqlayıcı tədbirlər görülür. Bağçada hər gün müvafiq dezinfeksiya işləri aparılır, gigiyenik təmizlik məhsullarından istifadə olunur.  Görülən bütün bu tədbirlər uşaqların sağlamlığının qorunmasına və sanitar-gigiyenik tələblərin təmin olunmasına xidmət edir",-deyə  rəsmi açıqlamada qeyd edilib.

Miri Məcidl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi