azia.az
azia.az

YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi

Bu gün, 13:29

YAP Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.


"Azia.az"  Gununsesi.info-ya istinadla xəbər verir ki, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla bağlı həbs edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi