Məktəb yox, bazar: "211 nömrəli məktəbdə fond pulu, imtahan rüşvəti və bahalı maşınlar"
Nəsimi rayonunda məktəb qalmaqalı – müəllimlərdən məcburi pul yığımı, bahalı maşınlar və “5 manatlıq hədiyyə”
Bakının Nəsimi rayonunda yerləşən 211 nömrəli məktəbdə valideynlərin kütləvi narazılığına səbəb olan hallarla bağlı redaksiyamıza şikayətlər daxil olub.
Valideynlərin iddiasına görə, məktəbdə müəllimlər tərəfindən məcburi pul yığımı geniş yayılıb. İddialara əsasən:
Şikayətçilər bildirir ki, müəllimlər “fond pulu” adıyla dərs başlamadan valideynlərdən artıq 20 manat toplayıb. Məktəbin həyətində çəkilən fotolarda isə müəllimlərin bahalı xarici avtomobilləri görünür. Valideynlər bu maşınların müəllim maaşı ilə uyğun gəlmədiyini qeyd edirlər.
Valideynlərin sözlərinə görə, uşaqların alçaldılmaması üçün çoxları qorxudan səsini çıxara bilmir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə:mənbə bu link