4-cü sinif şagirdi həmyaşıdını "gey" adlandıraraq zorlayıb-TƏFƏRRÜAT
Moskvada 4-cü sinif şagirdi həmyaşıdını "gey" adlandıraraq onu zorlayıb.
Azia.az oxu.az-a istinadən xəbər verir ki, uşağın zorakılığa məruz qaldığını əks etdirən video sinif çatında yayımlanıb. Görüntülər analardan birinin diqqətini çəkib. O, hadisənin səbəbini öyrənmək üçün sinif rəhbərinə zəng edib. Sinif rəhbəri qadını söhbət üçün məktəbə dəvət edərək baş verənləri təsdiqləyib.
Hadisə ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəb müəllimlərini və digər hadisə şahidlərini dindirirlər.