Manset.az-ın əldə etdiyi məlumata görə, Turan Məmmədli məktəb daxilində ilk iclası keçirərkən bir sıra müəllimləri ağır ifadələrlə təhqir edib. Onları maaşlarını kəsdirəcəyi ilə hədələyib. Eyni zamanda bir sıra müəllimlərin saatlarını da mənimsəyib. Deputat özünü yeni rəhbərliyin yaxın adamı kimi təqdim edib
Bundan sonra müəllimlərlə direktor T.Məmmədli arasında böyük qalmaqal yaşanıb.
Münaqişə o həddə çatıb ki, məktəbin bütün şagirdləri təxliyyə edilib. Təhqir olunmuş bir neçə müəllimin səhətinin pisləşdiyi, bir müəllimin isə infarkt keçirdiyi bildirilir. Məktəbə təcili tibbi yardım briqadaları və polis əməkdaşları çağrılıb.
Məsələ Naxçıvan MR Ali Məclisə məruzə edilib. Dərhal məktəbə Naxçıvan MR-nın təhsil naziri Rəhman Məmmədov göndərilib.
Hazırda nazirin rəhbərliyi ilə məktəbdə iclas keçirilir.
İclasdan fotonu təqdim edirik:

Fotoda: Turan Məmmədli

Əli VƏLİYEV
Manşet.az

Daşkəsəndə təhsil sistemi İFLİC DURUMDA - ARAŞDIRMA
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı - Tam mətn
Astara Rayon Təhsil Şöbəsinin fəaliyyəti ilə bğlı hesabat hazırlandı - Astara təhsilində nələr baş verir
Əmrullayev də təhsilimizin EVİNİ BELƏ YIXIR... - Rəy öyrənilmədən, araşdırılmadan qanuna çevirirlər...
