azia.az
azia.az

Azərbaycanla bağlı inqilaba bərabər qərar

14-08-2016, 14:56

Azərbaycanla bağlı inqilaba bərabər qərarİran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədrisə başlanılır
APA-ya istinadən bildiririk ki, İranın Təhsil və Qiymətləndirmə Təşkilatı Universitetlərin gələn il qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib.

Humanitar fənlər üzrə tələbə qız və oğlanlar 2016-2017-ci il tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəklər. İranın Elm, Təhqiqat və Texnologiya Nazirliyinin icazəsi ilə Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq. Bu fənn ilk dəfə olaraq qəbul imtahanlarında ərəb, fars fənləri ilə yan-yana göstəriləcək.

Qeyd edək ki, İran Konstitusiyasının 15 və 19-cu maddələrində ana dilində tədris məsələsi göstərilib, lakin bu iki maddə uzun illər idi ki, icra olunmurdu. Prezident Həsən Ruhaninin hökuməti bu maddələrin icrasına başlayıb. Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, "İran xalqının rəsmi yazı və danışıq dili fars dilidir. Sənədlər, yazışmalar, rəsmi sənədlər və dərsliklər bu dildə olmalıdır. Lakin yerli danışıq dillərindən mətbuatda istifadəsi və məktəblərdə və universitetlərdə fars dili ilə yanaşı, həmin dillərin tədrisi azaddır". Prezident Ruhani hakimiyyətə gəldikdən sonra məktəb və universitetlərdə yerli dillərdə (Azərbaycanca, kürd, bəluç və türkmən) tədrisə icazə verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi