azia.az
azia.az

"Azərbaycan multikulturalizmi" Bolqarıstan universitetində tədris olunur

29-02-2016, 09:22

"Azərbaycan multikulturalizmi" Bolqarıstan universitetində tədris olunur “Azərbaycan multikulturalizmi” fənni növbəti dəfə Bolqarıstan universitetində tədris olunur.
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində adıçəkilən fənnin növbəti dəfə tədrisinə başlanılıb.
“Klassik və müasir fiilologiya” fakültəsində keçirilən fənni sözügedən universitetin Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Shigayeva-Mitreska tədris edir. 2016-cı ilin yaz semestrinin sonunadək tədrisi nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” fənninin fevralın 25-də baş tutan ilk dərsi Xocalı faciəsinə həsr edilib, tələbələrə bu soyqırımla bağlı ətraflı məlumat verilib, faciəni əks etdirən film nümayiş etdirilib.
Qeyd edək ki, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə 2015-ci ilin yaz semestrindən start verilib və tələbələrin xüsusi marağına səbəb olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi