azia.az
azia.az

Bu gün imtahandır

12-06-2016, 08:54

Bu gün imtahandır Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirir.

TQDK-dan APA-ya verilən xəbərə görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat 11:00-da başlanacaq.

Cari ildə "Azərbaycan dili" fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək "Azərbaycan dili" imtahanında iştirak etmək imkanı verilir.

İmtahanda 1486 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb.

Abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi