azia.az
azia.az

Dövlət qulluğuna qəbul qaydaları dəyişdirilə bilər

2-05-2016, 18:35

Dövlət qulluğuna qəbul qaydaları dəyişdirilə bilər Dövlət qulluğuna qəbul qaydaları və şərtləri dəyişdirilə bilər. Belə ki, dövlət qulluğuna qəbulda testdən sonrakı müsahibə mərhələsinin qalıb-qalmaması istiqamətində millət vəkilləri bir sıra təkliflər irəli sürürlər.
Millət vəkili Çingiz Qənizəda hesab edir ki, qəbul zamanı nəzərdə tutulan müsahibə hissəsi ləğv edilsin. Digər millət vəkili Rəfael Cəbrayılov isə bildirir ki, bu mərhələ nazirliklərin salahiyyətinə aid edilsin. Rövşən Rzayev isə umumiyyətlə bu proses üçün ayrıca bir qurumun yaradılmasını məqbul hesab edir.
Millət vəkili Rövşən Rzayevin fikrincə, gənclərin müsahibədən keçməsi mütləqdir. Bu səbəbdən ikinci mərhələnin ləğvi və yalnız test üsulunun tətbiqi gözlənilmir.
Hazırda layihə üzrə ekspertlərin, millət vəkillərin iştirakı ilə müzakirələr gedir. Komitə iclasında dəyişiklik edilikdən sonra layihə plenar iclasda müzakirəyə çıxarılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi