Azia.az xəbər verir ki, bununla bağlı Oxu.az-a müraciət edən sərnişinlərin sözlərinə görə, hadisə iyulun 9-da saat 16:31-də Akademik Həsən Əliyev küçəsində, metronun "Koroğlu" stansiyası istiqamətində baş verib.
Belə ki, dayanacaqda sərnişinlərdən biri səhvən "Stop" düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb, nəqliyyat vasitəsindən düşüb və yolun kənarında siqaret çəkməyə başlayıb.
Bundan əlavə, bildirilir ki, avtobusda kondisioner sistemi olduğu halda, ondan istifadə edilməyib. Sürücü kondisionerin işləmədiyini təkidlə vurğulayıb.
Şahidlərin sözlərinə görə, hadisə zamanı sürücü ilə sərnişinlər arasında mübahisə də yaşanıb.
Daha sonra sərnişinlərin bir qismi avtobusdan düşərək arxadan gələn digər marşrut avtobusundan istifadə edib.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır
"Heç 10 il deyil o avtobusların istismar olunur..." - BU NƏDİ BELƏ?
Yol polisi saxlayan zaman sürücülərin əzbər bilməli olduğu 10 bənd
