azia.az
azia.az

Macarıstanın baş naziri Ərdoğanın hədiyyə etdiyi tapançanı göstərdi - FOTO

Bu gün, 09:55

Ankarada keçirilən NATO sammiti yekunlaşdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edən avropalı liderlərə üzərində adlarının həkk olunduğu tapançalar və döyüş patronları hədiyyə edib.


Bu barədə mənbələrə istinadən ilk olaraq "Politico" nəşri məlumat verib.


Daha sonra siyasətçilərin nümayəndələri hədiyyələrin alındığını təsdiqləyiblər, Macarıstanın Baş naziri Peter Madyar isə "X" sosial şəbəkə hesabında tapançanın fotosunu paylaşıb.


"NATO sammitində Prezident Ərdoğandan qeyri-adi hədiyyə: patronlarla birlikdə üzərində adımın yazıldığı "Magnum" revolveri..." - deyə o qeyd edib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi