azia.az
azia.az

Azərbaycanın baş konsulu səlahiyyət müddətini başa vurdu - Geri çağırılacaq

Bu gün, 09:19

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Zamin Əliyevin səlahiyyət müddəti başa çatıb.

Modern.az xəbər verir ki, təxminən 2 il Qarsda Azərbaycanın Baş konsulu vəzifəsində çalışan Zamin Əliyev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar İğdıra vida səfəri edib.

Zamin Əliyev İğdırda jurnalistlərlə görüşüb.

Xatırladaq ki, Zamin Əliyev 18 noyabr 2024-cü il tarixində Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdi.

Zamin Məmməd oğlu Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə magistraturasını bitirib.

2001-2005-ci illərdə Azərbaycan  Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi olub.

2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi işləyib.

2008-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi vəzifələrini tutub.

2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru olub.

2017-2024-cü illərdə Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində birinci katib, şöbə müdiri, rəis müavini işləyib.

18 noyabr 2024-cü il tarixində Qarsa baş konsul göndərilib.                                                           

Türk, ingilis və rus dillərini bilir.

A.Qorxmaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi