azia.az
azia.az

Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR

14-11-2019, 13:37



2006-cı ildən Mingəçevir Turizm Kollecinə rəhbərlik edən Əyub Əyyubovun indiyə kimi atdığı addımlar səbəbindən, son vaxtlar əksər media qurumlarında bu təhsil müəssisəsində baş verən çoxsaylı qanunsuzluqlarla bağlı silsilə tənqidi məqalələr dərc olunmaqdadır.
Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR
Düzdür, bugünə kimi ayrı-ayrı media qurumlarında ətraflı açıqlamalar dərc olunub və tam əksəriyyətin də baş verənlərdən az-çox xəbərdar olması, yəqin ki, danılmaz faktdır. Gundemxeber.az-ın əldə etdiyi məlumatlara görə, son vaxtlar bəzi çevrlərdə dolaşan söz-söhbətlərdən bəlli olur ki, bu şəxsin həyat yoldaşı Məmmədova Xanım İslam qızı ixtisasca ingilis-dili müəlliməsi olmaqla bərabər, həm Mingəçevir Turizm Kollecində kafedra müdiri, həm də fənn birliyinin sədri vəzifələrini daşısa da, o, Bakı şəhərindəki “PHOF” dərman firması ilə işbirliyinə girir və hər ay adı çəkilən bu firmaya 1000 manat pul ödəyir. Bunun müqabilində Xanım Məmmədova firmadan diş pastası, qadınlara aid ağrıkəsicilər və digər dərman pereparatları alır. Elə ki, kollecdə imtahanların zamanı çatır, o halda o, hər tələbədən 500 manat pul yığdırır və həmin pulun 450 manatı imtahan xərclərinə, 50 manatı isə dərmanlara tutulur. Elə ki, hansısa tələbə dərmanları almaqdan imtina edir, o halda “Siz imtahanlarda problemlə üz-üzə qalacaqsınız” deyirlər. Bundan əlavə, turizm kollecində təhsilini başa vuran tələbələrdən bəziləri təhsilini başa vurub hərbi xidmətə gedirlər və hərbi xidmətdən qayıdıb diplomlarını almaq istəyirlər, həmin vaxt onlara “diplom yoxdur” deyə cavab verirlər. (Məqaləni istinad etmədən yerləşdirmək həm savadsızlığın, həm də abırsızlığın göstəricisidir) Belə bir halın varlığı da, tam əksəriyyətin haqlı narazılığı ilə nəticələnir.
Mingəçevir Turizm Kollecində baş verən ən eybəcər hoqqalardan biri də, Əyyub Əyyubovun təlim-tədris işləri üzrə müavini olmuş Çinarə Allahverdiyevanın, vaxtilə insan alveri ilə məşğul olması olur. Elə ki, belə bir faktın üstü açılır və o halda Çinarə xanım daşıdığı vəzifəsindən uzaqlaşdırılır. Söylənilənlərə görə Mingəçevir şəhərində Əyyub müəllimin 7 mənzili var və onun həmin mənzilləri kirayəyə verdiyi bildirilir. Əgər kirayə verdiyi hər mənzilində 4-5 tələbə kirayə qalırsa, onun hər tələbədən 50 manat kirayə pulu aldığı bildirilir. Dolaşan söz-söhbətlərdə ehyam da vurulur ki, bəzən həmin mənzillərdə qadınların cinsi istismarı həyata keçirilir. Belə bir halın varlığı da, açıq-aşkar şəkildə Azərbaycan təhsili üçün üzqaralığı deməkdir.
Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR
Gundemxeber.az-ın əldə etdiyi məlumatlara görə, Mingəçevir Turizm Kollecində Əyyub müəllimin qardaşı, qardaşının gəlini saxta işlərlə məşğul olduqlarından, onlar bir müddət bundan əvvəl çalışdıqları bu təhsil müəssisəsindən uzaqlaşdırılırlar. Direktorun Pəri adlı bacısı kollecdə kitabxana müdiri vəzifəsini daşısa da, digər bacısı Züleyxa adlı xanım psixologiya fənni üzrə birliyin sədri və parallel olaraq müəllimə işlədiyi söylənilir. Qardaşı İbrahim Əyyubovun isə, kollecdə həmkarlar ittifaqına sədrlik etdiyi bildirilir. Əyyub müəllimin qaynı Məmmədov Xaliq İslam oğlunun, həm idman müəllimi, həm də bədən tərbiyəsi kafedrasına rəhbərlik etdiyi söylənilir. Qardaşı qızı Nabat Əyyubovanın ixtisasca ingilis-dili müəlliməsi olduğu və onun da bu kollecdə çalışdığı bildirilir. Bacanağı Mehman müəllimin isə, Mingəçevir Turizm Kollecinin bədən tərbiyəsi kafedrasında təhsil aldığı və adı çəkilən bu kafedrada çalışdığı qeyd olunur. Baldızı Məmmədova İlhamə İslam qızı San-Marino Universitetində ali təhsil alsa da, o, bu gün Əyyub müəllimin rəhbərlik etdiyi kollecdə ingilis-dili müəlliməsi işləyir. Gundemxeber.az-ın əldə etdiyi başqa bir məlumata Əyyub Əyyubovun digər qardaşı Miri Eyyubov, əgər əvvəllər hüquq-mühafizə orqanlarında çalışırdısa, o, bu gün həmin kollecdə hüquq dərsi keçməklə məşğul olur. Mingəçevir Turizm Kolleci direktorunun digər baldızı Məmmədova Nəsibə İslam qızı da, San-Marinoda ali təhsil alıb ingilis dili ixtisasına yiyələnsə və adı kollecdə müəllimə kimi getsə də, onun heç zaman dərsə gəlmədiyi qeyd olunur.

Əyyub Əyyubovun qol qoyduğu ən böyük saxtakarlıqlardan birinin də, ayrı-ayrı müəllimlərin adlarına “premya” yazması və hər müəllimə 50 manat pul verib, qalanlarını cibinə qoymasıdır. Bəzi iddialara görə, Mingəçevir Turizm Kollecinin direktoru bu ilin avqust ayından hüquq-mühafizə orqanlarına gedib-gəlməkdədir. Bu və digər olaylar haqda növbəti açıqlamamızda daha ətraflı məlumatlar dərc edəcəyik. Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq. Odur ki, bizi izləməyi unutmayın.

Gundemxeber.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi