Bakıda məktəbdə əsəbiləşən direktor keçindi
Bakının Maştağa qəsəbəsində yerləşən 293 nömrəli məktəbin direktoru Vaqif Tarverdili vəfat edib. Azia.az “qafqazinfo”ya istinadən xəbər verir ki, 60 yaşlı direktor məktəbdə əsəbləşdiyi üçün insult keçirərək komaya düşüb. O, 3 saylı şəhər klinik xəstəxanaya çatdırılsa da, orada keçinib. Qeyd edək ki, Vaqif Baba oğlu Tarverdili sözügedən məktəbə ötən il direktor təyin olunmuşdu. Onun ölümü ilə bağlı fakt araşdırılır. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək.