azia.az
azia.az

Direktor “dəvət etsək də, gəlmir” dedi – Leyla isə təkzib etdi

24-04-2019, 07:07


Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva haqqında səsləndirilən ittihamlarla bağlı ilk dəfə açıqlama yayıb. Minval.info xəbər verir ki, direktor məktəbdəki bir çox problemlərlə bağlı sosial şəbəkədə paylaşım edən kimya müəlliməsi Leyla Ucalı dəfələrlə məktəbə dəvət etsə də, müəllimənin onun müraciətlərinə cavab vermədiyini bildirib:“Leyla xanım bir neçə dəfə internat məktəbinə dəvət edilsə də, təəssüf ki, bu dəvətləri qəbul etməyib və məsələnin araşdırılmasına heç bir maraq göstərməyib. Əgər müəllimə internatda gördüyü bu və ya digər problemə ictimaiyyətin diqqətini çəkirsə, iddia etdiyi məsələlərin tam araşdırılmasında israrlı olmalıdır. Biz bunu nədənsə görmürük.
Direktor “dəvət etsək də, gəlmir” dedi – Leyla isə təkzib etdi
Leyla xanım iddia edir ki, məktəbin psixoloqu kişidir. Amma o kişi deyil, qadındır. Psixoloq Vəliyeva Sevinc Oqtay qızı bu məktəbdə məndən daha əvvəl, 2011-ci ildən işləyir. Və ya digər fakt barədə onu deyə bilərəm ki, məktəbin tədris və yataqxana korpusları ayrıdır, şagirdlər saat 18:00-dək tədris korpusunda ev tapşırıqlarını yerinə yetirir və çantaları yataq korpusuna daşımır. Hər bir internat məktəbində olduğu kimi bizim məktəbdə də belədir. İnternatda yalnız I-IX siniflər fəaliyyət göstərir. Məktəbin məzunları buradan ya peşə məktəblərinə, ya da tam orta məktəblərin 10-11-ci siniflərinə oxumağa gedirlər. Məktəbimizin Milli Konservatoriyada oxuyan məzunu da var”.

Leyla Ucal məsələylə bağlı “Qafqazinfo”ya bildirib ki, direktor tərəfindən ona hər hansı bir müraciət olunmayıb:

“Yalandır, direktor məni məktəbə dəvət etməyib. Bu günə kimi mənə heç bir müraciət olunmayıb. Nazirlik tərəfindən də xüsusi açıqlama verilmir. Prosesi mətbuatdan izləyirəm.

İnanıram ki, ictimai qınaq olduğuna görə ədalətli araşdırılma aparıla bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi