Valideynlə saçyolduya çıxan direktor bu MƏMURUN YOLDAŞI İMİŞ - VİDEO
Məktəb direktoru ilə valideynin əlbəyaxa davası və saçyoldusu Gəncədə yerləşən 10 saylı orta məktəbdə baş verib.
Azia.az xəbər verir ki, bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən mənbədən bildirilib.
Videoda bir-birinin saçını yolan qadınların hansı səbəbdən dava etməsi məlum deyil. Əldə etdiyimiz məlumata görə, həmin məktəbin direktoru Arzu Əliyevadır. Onun haqqında internet resurslarında kifayət qədər neqativ informasiyalara rast gəlinir. Məktəb direktorunun hətta öz katibəsi Təhminə xanımla da əlbəyaxa olması barədə ötən il məlumat yayılıb.
Arzu Əliyeva ilə bağlı xəbərlər bununla da bitmir. Bir müddət əvvəl onun adı rüşvət qalmaqalında çəkilib və işçiləri pul müqabiləndə işə götürdüyü iddia edilib. Direktor isə mediaya açıqlamasında bu ittihamları rədd edib.
A.Əliyeva ilə bağlı daha bir maraqlı fakt isə onun Samux rayon icra başçısının təsərrüfat məsələləri üzrə müavini Qəzənfər Əliyevin həyat yoldaşı olmasıdır.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə məktəb direktoru ilə valideynin əlbəyaxa davasını əks etdirən video yayılıb. Sözügedən olay ictimaiyyətdə böyük narazılıq və tənqidlə qarşılanıb.