azia.az
azia.az

7 manat davası - 102 saylı məktəbdə nə baş verir?

16-11-2016, 11:29

7 manat davası - 102 saylı məktəbdə nə baş verir?Binəqədi rayonu 102 saylı məktəbdə hər ay valideynlərdən “qapıçı pulu” adı altında 2 manat, “fond pulu” üçün 5 manat pul tələb edilir

Bundan başqa, bayramlarda, müəllimlərin ad günündə əlavə pul yığılır. “Qapıçı” və “fond” pulu məcburi olsa da, müəllimlərə hədiyyə pulu könüllüdür. Bu məsələdə “kimin nəyə gücü çatırsa” prinsipi əsas götürülür. Həmçinin, ibtidai siniflərdə rus dili tədris olunmadığından əlavə kurslar təşkil edilib. Bu kurslarda aylıq ödəniş 15 manatdır. Kursda iştirak da məcburi deyil. Bu barədə övladları adıçəkilən məktəbdə təhsil alan valideynlər məlumat verib. Onlar iddia edir ki, qapıçı və fond pulu hər uşağa görə alınır. Valideynlərin müraciəti ilə bağlı məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Mailə İsmayılova iddiaların bəzisi ilə razılaşdı, bir qisminin isə yalan olduğunu dedi: “Düzdür, məktəbdə mühafizə üçün hər şagirddən 1 manat toplanır. Ancaq bu məcburi deyil, könüllüdür. Təhlükəsizlik məqsədilə mühafizə şirkətlərinin biri ilə müqavilə imzalamışıq. Məktəb icması tərəfindən hər ay həmin mühafizəçinin əmək haqqını ödəmək üçün vəsait toplanır. Mühafizəçiyə ayda 300 manat veririk. Təhsil Nazirliyi tərəfindən mühafizəçi üçün vəsait ayrılmır. Mühafizəçinin olması məktəbin təşəbbüsü idi, valideynlər də təhlükəsizlik baxımdan bunu dəstəkləyiblər”. Fond pulu yığılmasına gəldikdə, M.İsmayılova bunun mümkün olmadığını deyib: “Fond pulu illərdir ləğv edilib. Lakin siniflərin özünü fondu var. Bu barədə eşitmişdim. Hansısa əlavə vəsaitlər almaq üçün məktəb icması və valideyn komissiyaları tərəfindən sinif fondu yaradıla bilər. Lakin məktəbin ümumi fondu yoxdur və bunun üçün də heç bir valideyndən 1 manat tələb edilə bilməz”. M.İsmayılova vurğulayıb ki, ümumiyətlə, valideynlərdən qapıçı pulundan başqa 1 manat belə alınması mümkün deyil. Direktor məktəbdə ödənişli kurs açılmasını isə təsdiqlədi: “Məktəbdə ibtidai siniflərdə rus dilinin tədrisi valideynlərin təşəbbüsü idi. Lakin bu fənn ibtidai sinifdə yalnız pilot məktəblərdə keçirilir. Bizim məktəbdə dərslər iki növbəlidir və rus dilinin keçilməsi üçün əlavə otaq yoxdur. Ona görə də rus dilinin ibtidai sinifdə tədrisini aparmağımız mümkün deyil. Sadəcə “Sağlam Həyat” Cəmiyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi və məktəbimizlə müqavilə imzalayıblar. Onlar məktəbdə rəqs, müxtəlif idman növləri, ingilis və rus dili qrupları təşkil edəcəklər. Bunun məktəbə heç bir aidiyyatı yoxdur. Tədrisi də həmin cəmiyyətin müəllimləri həyata keçirəcək. Onlar məktəbdə otaqları kirayələyir, ödənişli dərslər keçirlər. Bizim məktəbdə belə kursların açılması üçün bir neçə gün əvvəl müqavilə imzalamışıq. Lakin kurslarda ödənişdən xəbərsizəm”. (Bizimdovr.az)
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi