"DƏMİR BANK"-DA BİYABIRÇILIQ: ƏMANƏTÇİLƏRİN PULLARINI QAYTARILMIR
Bir qrup şəxs pullarını Dəmir Banka etibar edərək əmanət şəklində ora qoyduqlarını, ancaq bir neçə vaxtdır ki, pullarını geri almaq istədikləri halda bankın min bəhanə ilə vətəndaşların qoyduğu əmanətləri geri vermək istəmədiyini bildiriblər.
"Xəbərfakt.Az" "Bakunews.Az"-a stinadən xəbər verir, Əmanətçilər arasında şəhid ailələri, hətta Milli Qəhrəmanlarımızın ailə üzləri də var. Dəmir Bank isə şəhid ailələrinin, Milli Qəhrəmanımızın ailə üzvlərinin əmanətini geri vermir. Şikayətçilər hələ ki adlarının çəkilməsini istəmirlər. Bakunews.az ölkə.az-a istinadən xəbər verir ki, Dəmir Bank onların əmanətlərini qaytarmayacağı təqdirdə əllərindəki rəsmi müqavilələri, pulların mədaxil orderlərini, əmanət kitapçalarını KİV-də yayacaqlarını və məhkəməyə müraciət edəcəklərini bildirirlər.
Bankların əmanətləri qaytara bilməməsi ilə bağlı ekspert Əkrəm Həsənov bildirdi ki, əgər bank əmanətləri qaytara bilmirsə, bu o deməkdir ki, bankın vəziyyəti pisdir. Vətəndaş pulunu tələb etdiyi andan 5 iş günü ərzində bank pulu qaytarmalıdır. Qanun bunu tələb edir. Hətta əmanətçi əmanətini müddətli və uzunmüddətli qoyubsa belə, istənilən halda, gəlib əmanətini götürə bilər. Bank isə 5 iş günü ərzində əmanəti qaytarmalıdır. Əgər bank əmanəti vermirsə, bank qanunu pozur, bu isə o deməkdir ki, bankın vəziyyəti pisdir. Bank Standart da eyni problemlə üzləşmişdi. Əmanətçilər əmanətlərini geri götürmək istəyərkən bankın əmanətləri geri qaytara bilməməsindən sonra vəziyyətin pis olduğu məlum olmuşdu. Əgər Dəmir Bank da əmanətləri qaytara bilmirsə, demək ki bankın vəziyyəti pisdir.
Əkrəm Həsənov vətəndaşların məhkəməyə yox, mətbuata müraciət etmələrinin düzgün olduğunu bildirdi.
"Prinsipcə məhkəməyə verməlidirlər. Əlbəttə ki, məhkəmə illərlə çəkə bilər. Mətbuatda işıqlandırmaqla düzgün yol tutublar, məsələni maksimum ictimailəşdirmək lazımdır. Məsələ ilə bağlı Maliyyə Bazarına Nəzarət palatasına müraciət etmək lazımdır".
Məsələ ilə bağlı Dəmir Bankla əlaqə saxladıq. Dəmir Bankın marketinq departamentinin direktoru Anar Bayramov bildirdi ki, Dəmir Bankın tarixində elə bir şey olmayıb. Bankın bütün əmanətçiləri gəlib əmanətlərini götürürlər. Bizim əmanət portfelimiz gündən-günə artır. Müştərilər etibar edirlər, əmanətlərini bankımıza qoyurlar. Kimin də əmanətinin vaxtı qurtarırsa, çox rahatlıqla gəlib əmanətini götürə bilər. Şikayət tam əsassızdır.
"Xəbərfakt.Az"