azia.az
azia.az

“Deputatın ağlına ilk gələn niyə məhz Rusiyadır? – RÜFƏT QULİYEVİN “AEROPORT TƏKLİFİ”NƏ ETİRAZ

24-05-2019, 07:50

"Zərərli və təhlükəli təklifdir”

Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyevin Lənkəran aeroportunu uzun müddətə Rusiyaya icarəyə vermək təklifinə münasibət bildirərkən ÜMİD Partiyası sədrinin müavini, politoloq Taleh Əliyev deyib.
“Deputatın ağlına ilk gələn niyə məhz Rusiyadır? – RÜFƏT QULİYEVİN “AEROPORT TƏKLİFİ”NƏ ETİRAZ
Həmsöhbətimizin fikrincə, sözügedən təklifin reallaşması Azərbaycanı daha ciddi dilemalarla üz-üzə qoya bilər: "Nədən həmin aeroportu icarəyə verməklə bağlı təklifi səsləndirən deputatın ağlına ilk gələn məhz Rusiya tərəfidir? İran ətrafında ciddi hərbi-siyasi qarşıdurma vəziyyətində nədən həmin strateji obyekt Rusiyaya icarəyə verilməlidir? Rüfət Quliyev təklifi səsləndirərkən bunlara da aydınlıq gətirməli idi. Bu və bu qəbildən olan digər təkliflər Azərbaycan üçün əlavə başağrısı gətirə bilər. Ölkəmizi indiki ağır durumda çətin seçim ilə üzbəüz qoya bilər”.

T. Əliyev qeyd etdi ki, bu təklif iqtisadi baxımdan da ölkəmiz üçün hər hansı bir ciddi məna daşımır: "Lənkəran aeroportunun regiondakı geosiyasi proseslərdə maraqlı olan tərəflərdən birinə uzun müddətə icarəyə verilməsi Azərbaycan üçün əlavə təhdidlər və problemlər yaradacaq. Lənkəran aeroportunun icarəyə verilməsi iqtisadi baxımdan da elə bir əhəmiyyət kəsb etmir ki, belə bir təklif reallaşsın. Hər halda təklifi səsləndirən deputat öz fikirlərini əsaslandırmalıdır”.

"Rüfəti də, onun fikirlərini də böyütməyə ehtiyac yoxdur”.

Bunu isə məsələyə münasibət bildirərkən Milli Məclisin deputatı Fəzail İbrahimli söyləyib: "Bunun səbəbini təklifi verən şəxsin özündən soruşsanız daha yaxşı olar. Rüfət Quliyev nə dövlət deyil, nə də hakimiyyət deyil. Həmin fikirlər sadəcə bir fərdin fikridir. Onu belə şişirdib, xüsusi olaraq vurğulamağa, Rüfəti də, onun fikirlərini də böyütməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, mətbuatın yazdığına görə, deputat Rüfət Quliyev Lənkəran aeroportunu Rusiyaya icarəyə verməyi təklif edib. Hansı ki, bir sıra digər obyektlər kimi aeroportlar da dövlət əhəmiyyətli strateji obyektlərdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi