azia.az
azia.az

İran fəlakətin bir addımlığında - Azərbaycana da böyük təhlükə var

23-04-2019, 07:36

İran fəlakətin bir addımlığında - Azərbaycana da böyük təhlükə var
"Güneydən Qüzeyə axın Azərbaycanı da məhvərindən qopara bilər..."
BBC yazır ki, Ağ Ev Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, Yunanıstan, İtaliya və Tayvana may ayına qədər vaxt vermişdi. Məqsəd o idi ki, həmin ölkələr alternativ neft idxalı üçün digər yollar tapsınlar. Bu ölkələr İrandan bundan sonra neft ala bilməzlər. Çünki ABŞ İrana iqtisadi sansksiyalar tətbiq edib.
Artıq Yunanıstan, İtaliya və Tayvan İrandan neft almır. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə İrandan neft almaqda davam etsə Amerika həmin ölkələrə də iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu isə arzu olunan deyil...
US Secretary of State Mike Pompeo speaks to reporters in Washington (22 April 2019)
BBC yazır ki, ABŞ İrandan neft alan ölkələrə açıq mətnlə xəbərdarlıq edir ki, Səudiyyə Ərəbistanından və digər OPEC ölkələrindən neft alsınlar.
Sirr deyil ki, İran neft ixracını dayandırmaq zorunda qalsa, bu ölkə iqtisadi fəlakətlə üzləşəcək. İranın əsas gəlir mənbəyi neft və qaz ixracına bağlıdır. Bu gəlir mənbəyinin İranın əlindən çixması ölkənin tamamilə iflic olması və çökməsi deməkdir...
İranı gözləyən təhlükə təkcə bununla bağlı deyil. ABŞ və İsrailin istəyi ilə Səudiyyə Ərəbistanı başda olmaqla, "Ərəb NATO"su da İrana qarşı hərbi əməliyyatlara hazırlaşır...
Azərbaycanın qonşuluğunda baş verə biləcək belə dramatik hadisələr bizə yaxşı bir şey vəd etmir. Onu da unutmaq olmaz ki, İran əhalisinin az qala yarısı türkdür. Milyonlarla insanın Güneydən Qüzeyə axını Azərbaycanı da məhvərindən qopara bilər...
https://www.bbc.com/news/world-middle-east-48011496

Elbəyi Həsənli,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi